13.10.2020

“Əsgərə Məktub!” aksiyası keçirilib

İmişli rayonunda “ASAN Könüllüləri”nin təşkilatçılığı ilə “Əsgərə Məktub!” aksiyası keçirilib.

Aksiyada rayonun ümumi təhsil məktəblərinin şagirdləri də iştirak edərək məktublarında onlara əsgərlərimizə inandıqlarını və yanlarında olduqlarını sözlərlə ifadə ediblər.

Yazılan bütün məktublar cəbhədə döyüşən əsgərlərimizə çatdırılacaq.


Açar sözlər: ,  ,