09.12.2020

Mövsümov Akif Ərzuman oğlu

Bütün həyatını təhsilə həsr etmiş Akif Mövsümov sadə həyat yolu keçib. O, 1952-cı ildə İmişli rayonunun Aranlı (keçmiş Poltavka) kəndində anadan olub. Orta təhsilini 1959-1969-cü illərdə Aranlı kənd orta məktəbində alıb.

Ali təhsilini 1970-1974-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda alaraq kimya ixtisasına yiyələnib.  Əmək fəaliyyətinə 1974-cü ildə Aranlı kənd orta məktəbində başlayan Akif müəllim 1977-ci ildə Hacırüstəmli kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin olunub. 2001-2006-cı illərdə İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2007-ci ildən İmişli şəhər 1 saylı məktəb-liseyin direktoru vəzifəsinə təyin olunan Akif müəllim gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyət göstərib.

Akif müəllim 2020-ci ilin noyabrın 23-də vəfat edib.


Açar sözlər: ,  ,