24.12.2020

“Qayıdış" onlayn rəsm müsabiqəsi keçirilib

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Qayıdış" onlayn rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etmək olub.

İmişli rayon Uşaq – Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvləri Qasımlı Aytac Bakir qızı və Əsədli Eldar Emin oğlu müsabiqədə iştirak ediblər. Qasımlı Aytacın rəsm işi II yerə, Əsədli Eldarın rəsm işi isə həvəsləndirici diploma layiq görülüb.