11.01.2021

11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günüdür

1917-ci il yanvarın 11-də dünyada ilk dəfə olaraq Rusiyada nadir heyvanların qorunması məqsədilə Barquzin dövlət qoruğu yaradılıb. Bu əlamətdar gün Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən qeyd olunur.

Ölkəmizdə nadir təbiətinin qorunması məsələsinə böyük diqqət yetirilir. Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

Ümumiyyətlə bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burada alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.


Açar sözlər: ,