12.01.2021

“Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinin qalibləri

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsi başa çatıb.

Müsabiqədə İmişli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri uğurla iştirak ediblər.

UGİM-nin dərnək üzvləri Xumar Məmmədova, Gülsarə Şükürlü, Nərgiz Nağızadə və Xumar Bəşirova müsabiqədə fəal iştraklarına görə sertifikatla təltif olunublar.

“Çoxfiqurlu kompozisiyanın maraqlı həllinə görə” nominasiyası üzrə Aytac Qasımlı və “Maraqlı ideya həllinə görə” nominasiyası üzrə Eldar Əsədli diplomla təltif olunublar. İmişli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi isə rəsm müsabiqəsində fəal iştirakına görə sertifikatla təltif olunub.

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etmək olub.