19.01.2021

"Qələbə dərsləri"

Yanvarın 18-də İmişli şəhər 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri ilə müzəffər ordumuzun əldə etdiyi şanlı qələbəyə həsr edilmiş "Qələbə dərsləri" proqramına uyğun olaraq Tarix fənnindən dərs təşkil edilib.

Dərs Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təqdim edilmiş mövzu və mətn çərçivəsində keçirilib.

Dərsdə müzəffər ordumuzla qürur duyduqlarını,  şəhid və qazilərimizə ehtiramlarını bildirən şagirdlər, onlara layiq gənc nəsil kimi təlim-tərbiyədə daim öndə olacaqlarına söz veriblər.


Açar sözlər: ,  ,  ,