21.01.2021

İmişli Rayon Təhsil Şöbsəində onlayn görüş keçirilib

Görüşdə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” haqqında təhsil Nazirinin 18.01.2021 tarixli KQ-01 nömrəli kollegiya qərarından irəli gələn vəzifələr müzakirə edilib. Məktəblərdə keçiriləcək summativ qiymətləndirmənin hazırki formatda təşkili yaranmış pandemiya şəraitindən irəli gəldiyi, məqsədin isə şagirdlərin I yarımillik fəaliyyətinin qiymətləndirilməsinin olduğu bildirilib.

Tədbirdə hər bir müəllimin, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələr, sualların tərtibi, prosesin təşkili, hər bir məktəbdə şagirdlərin cari dərs ili başlayandan bəri tədrisə cəlb olunmasının real vəziyyəti nəzərə alınaraq məsələyə obyektiv və yaradıcı yanaşılması təhlil və müzakirə olunub. Qiymətləndirilmənin maksimum olaraq Microsoft Teams platformasından istifadə edilməklə aparılamsının zəruriliyi qeyd edilib.

Valideynlər və şagirdlər arasında psixoloji gərginliyi, aqressiyanı azaltamq, aparılan qiymətləndimənin məqsədinin şagirdlərin bilik səviyyəsini ölçmək, real vəziyyəti öyrənmək, gələcəkdə fəaliyyəti daha səmərəli təşkil etmək məqsədlərinə xidmət etdiyi müazkirəlrin gedişində xüsusi vurğulanıb. Gözlənilən və qarşıya çıxacaq problemlərin həlli yolları ətrafında söhbət aparılıb.

Respublika fənn olimpiadalarına hazırlıq, məktəb mərhələsinin keçirilməsi zəruriliyi və şagirdlərin düzgün seçilməsi kimi məsələrə diqqətlə yanaşmaq məktəb rəhbərlərinin nəzərinə çatdırılıb.

Eyni zamanda dərslərin əyani formada təşkil ediləcəyi halda məktəblərin dərsə hazır vəziyyətdə, istilik sistemlərinin, su təchizatının,  pandemiyadan qorunma vasitələrinin, dizinfeksiya məhsulların və s. mövcud vəziyyətinə nəzər salınıb.

Sonda suallar və təkliflərə münasibət bildirilib.


Açar sözlər: ,  ,  ,  ,