25.01.2021

“Qarabağa gedən yol” adlı onlayn şeir müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının regionlarında və Sumqayıt şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Qarabağa gedən yol” adlı onlayn şeir müsabiqəsi keçirilib.

“Qarabağa gedən yol” onlayn şeir müsabiqəsi Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub, Uşaq və yeniyetmələrin vətənpərvərlik, milli - mənəvi, Vətənə bağlılıq hislərinin gücləndirilməsi məqsədilə keçirilib.

Müsabiqədə İmişli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri uğurla iştirak ediblər. UGİM-nin dərnək üzvləri Təhminə Nuriyeva, Bəhlul Qasımov, Əliəkbər Hüseynli, Seymurə Cəfərli, Şəbnəm Mikayılova fəal iştraklarına görə sertifikatla və Xədicə Nəsirova isə II yerin qalibi olaraq diplomla təltif olunublar.