25.01.2021

“Unutmayaq, unutmasınlar”

Soltan Qəhrəman oğlu Qasımov 1904-cü ildə İmişli rayonunun Axıcanlı kəndində anadan olub. İlk təhsilini Şuşa Realnı məktəbində alan Soltan müəllim 1930-cu ildə Tomarxanlı kənd məktəbində pedaqoji fəaliyyətinə başlayıb.

Pedaqoji ixtisas sahibi olmağının vacibliyini dərk edən Soltan Salyan pedaqoji texnikumuna daxil olub və 1932-ci ildə oranı bitirib. O, dövrün irəli sürdüyü tələbləri başa düşərək orta təhsilin qaneedici olmadığını nəzərə alaraq 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. Amma bir il sonra - 1941-ci ildə Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq könüllü olaraq cəbhəyə gedib. Vətən müharibəsində mərdlik və igidlik göstərərək mənsub olduğu xalqın adını şərəfləndirib. Soltan müəllim dörd il davam edən qanlı müharibənin odları - alovları içərisindən sağ - salamt Vətəninə geri dönüb.

1947-ci ildə Cəfərli kənd məktəbinin tikintisində iştirak edən Soltan müəllim qapı-qapı gəzərək məktəbyaşlı uşaqları məktəbə cəlbd edərək onların təhsili ilə məşğul olmağa başlayıb. Beləliklə 21 il Tomarxanlı və Cəfərli məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. Sonra Axıçanlıda yeni açılan məktəbə fəaliyyətini davam etdirib.

Soltan müəllim tutduğu şərəfli yolu axıradək əqidə ilə davam etdirib. Neçə - neçə nəsillərin qəlbində onun əziz xatirəsi yaşayır. Hamının sevimli müəllimi olan Soltan müəllim 1986-ci ildə vəfat edib.

Şeir həvəskarı olan Soltan müəllim ara-sıra şeirdə yazıb.

 

İnsan bulur hər biliyi, hər diləyi məktəbdə,

Yorulmadan çalışarsa, məktəb içrə ədəblə.

Qardaşlarım, zamandır gecə-gündüz çalışaq,

Bundanbelə cəhli atıb maarifə alışaq.

Məktəbdir bəxş eləyən insanlara səadət,

Məktəblərdən qalanları qarşılayır fəlakət.

Məktəbdir yer üzünə işıq saçan, nur saçan.

Məktəbdir ürəklərdən kədərləri sildirən,

Məktəbdir hər bir kəsə insanlığı bildirən.

Məktəblərə səy eyləyən, ona bəsləyən hörmət,

Görməz ömrü boyu zillət,əziyyət!


Açar sözlər: ,