18.02.2021

“Vətən müharibəsi”,  “Aprel döyüşləri” iştirakçısı

İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbin coğrafiya müəllimi “Vətən müharibəsi” və  “Aprel döyüşləri”nin iştirakçısı Şəmsi Abbasov.

 

Müəllimlikdən döyüşə

 

Şəmsi Abbasov 1992-ci ildə İmişli rayon Boşcalılar kəndində anadan olub. 2007-ci ilədək Boşçallar kənd tam orta məktəbində təhsil alan Şəmsi

həmin ildən təhsilini davam etdirmək üçün Bakıda yerləşən  Kimya - Biologiya təmayüllü respublika liseyinə qəbul olub. 2010 - cu ildə liseydən məzun olaraq, Xəzər Universitetinin Tarix - Coğrafiya ixtisasına qəbul olub.

Müəllimlik fəaliyyətinə 2019 - cu ildə İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbində başlayıb.

2015-ci ildə hərbi xidmətə yola düşən Şəmsi müəllim Aprel döyüşlərində iştirak edib. Aprel döyüşlərindəki təcrübəsi ona sonrakı döyüşlərdə cox kömək olub.

 

Məktəbdən cəbhəyə

 

Şəmsi müəllim Vətən müharibəsi başlayan günün sabahı, sentyabırın 28 - i müharibədə iştirak etmək üçün cəbhəyə yola düşüb.

Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində döyüşlərdə iştirak edib.  Şuşa istiqamətində gedən döyüşdə səngərdən çıxıb düşmən üstünə getmək istəyən Şəmsi yanında partalayan mərmi qəlpəsindən yaralanır. Əsgər yoldaşları onu döüyş meydanından çıxardıb müalicə onumaq üçün hospitala göndərirlər.

Hospitalda torpaqları yağı düşməndən azad etmək eşqi ilə yaşayan Şəmsi sağalan kimi yenidən geri, döyüşlərə, əsgər yoldaşlarının yanına qayıdır. Qalib, müzəffər döyüşcü kimi cəbhədən-cəbhəyə cəsarətlə irəlləyir

Cəbrayıl rayonunda bir cox yaşayış məntəqələrində terror fəaliyyəti aparan erməni yaraqlıların məhv edilməsində də iştirak edir.

 

                Döyüşçü müəllim deyir

 

"Qalib ordunun qalib döyüşcüsü olmaq qürur vericidir. Cox ağır bir döyüş yolu keçdik. Amma sonun qələbə ilə bitəcəyinə inandıq və qalib gəldik. Düşünürəm ki, gələcək həyatımda, karyeramda bundan uca zirvə olmayacaq. Vətən müharibəsində iştirak etmək mənim üçün ən böyük zirvədir.

Müharibdə döyüş yoldaşlarımın məni döyüşçü müəllim deyərək çağırırdılar. İndi məni kim çağırır elə bilirəm döyüşdəyəm.

Gələcək fəaliyyətimdə Azərbaycan əsgərinin Vətən müharibəsində döyüş meydanında necə şücaət göstərdiklərini öz şagirdlərimə aşılamağı özümə vəzifə borcu bilib qarşıma məqsəd qoymuşam.”

 

Şəmsi müəllim dekabrın 27-də ordu sıralarından ehtiyyata buraxılıb. Hazırda Hacırüstəmli kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirir.


Açar sözlər: ,  ,