18.02.2021

Dəyirmi masa keçirilib

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023 - cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq İmişli rayonu Yalavac kənd tam orta məktəbində “Erkən niğahın fəsadları və qohumlar arasında nigah hallarının xoşagəlməz nəticələri” barədə dəyirmi masa keçirilib.

Görüşdə məktəbin VIII, IX siniflərində təhsil alan qızlar, İmişli Rayon Mərkəzi xəstəxanasının tibb işçiləri və məktəbin biologiya müəllimləri iştirak ediblər.

Şagirdlərə erkən nigahın fəsadları, qohumlar arasında nigahın nəticəsində dünyaya gələn uşaqlarda baş verə biləcək anomaliya halları barədə geniş məlumat verili.


Açar sözlər: ,  ,  ,