19.02.2021

"İnsan hüquqları və gender bərabərliyi"

İmişli şəhər 5 saylı məktəb – liseyin IX sinfində “İnsan hüquqları və gender bərabərliyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə məlumat verib, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıblar. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini şagirdlərin diqqətinə çatdırıblar.

Gender məsələləri, insan alveri, istismar və onun formaları, gender bərabərliyi ilə bağlı əlavə məlumatlar verilib.   


Açar sözlər: ,  ,  ,