İnqilab Səfərəli oğlu Vəlizadə 1934-cü ildə İmişli rayonunun Məmmədli kəndində anadan olub.
Orta məktəbi 1951-ci ildə bitirən İnqilab müəllim elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
1955-ci ildə İmişli rayonunun Cəfərli kənd 7 illik məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 1957-ci ilədən Cəfərli kənd 7 illik məktəb orta məktəb olub və İnqilab müəllim məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
O, 1961-1982-ci illərdə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
1982-ci ildə Cəfərli və Hacımustafalı kəndləri üzrə sovet sədri təyin olunub. Bir müddət bu vəzifədə çalışdıqdan sonra 1987-ci ildən yenidən Cəfərli kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 1989-cu ildə çalışdığı məktəbdə təşkilati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
İnqilab Vəlizadə 2002-ci ildə vəfat edib.