22.02.2021

İkinci Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib

İmişli rayonunun Cəfərli kənd 1 saylı, Muradallı, Xoşçobanı, Bəcirəvan və Rəsullu kənd tam orta məktəblərində İkinci Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Görüşlərdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İkinci Qarabağ müharibəsi iştirakçıları görüşlərdə çıxış edərək Vətən qarşısında borclarını yerinə yetirmək imkanına görə şərəf duyduqlarını, şəhidlərimizi daim yad edəcəklərini bildiriblər. Onlar döyüş xatirələrindən söhbət açıb, xalqımız tərəfindən gördükləri dəstəyə diqqət çəkərək, şagirdlərin əsgərlərə yazdıqları məktubların onları necə sevindirdiyini bildiriblər.  

Görüşlərdə məktəb rəhbərləri onlara göstərdiyi qəhrəmanlıqlara görə təşəkkürlərini bildiriblər. Şanlı qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıblar.  


Açar sözlər: ,  ,