23.02.2021

“Xocalı” adlı tədbir keçirilib

İmişli rayonu Cəfərli kənd 2 saylı tam orta məktəbdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Xocalı” adlı tədbir keçirilib.

Tədbirdə şagirdlərə 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını bildiriblər. İkinci Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılması ilə bağlı geniş məlumatlar verilib.  

Sonra rəsm çəkən şagirdlər Xocalı faciəsinin dəhşətlərini, insanların qətlə yetirilməsini, düşmənin kimsəyə aman verməməsini öz təxəyyülləri ilə kağızlara köçürüblər.


Açar sözlər: ,  ,  ,  ,