23.02.2021

Mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri ilə bağlı maarifləndirmə tədbiri keçirilib

İmişlili rayonu Qaralar kənd A. Allahverdiyev adına tam orta məktəbdə ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Şagirdlərə yer sərvətlərinin istifadəsinin çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyaların tətbiqi və s. amillərin ətraf mühitə mənfi təsirlərindən danışılıb.

Ölkəmizdə ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlərdən məlumat verilib.


Açar sözlər: ,  ,  ,