24.02.2021

İkinci Qarabağ müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü olub

Qaravəlli, Sarıxanlı kənd 2 saylı və Xubyarlı kənd tam orta məktəblərində İkinci Qarabağ müharibəsi iştirakçıları Xaqani Abbasov, Məhərrəm Məmmədov, Qəhrəman Şükürlü, Amid Şirinov, Rauf Məmmədov və Şamil Quliyevin şagirdlərlə görüşü olub.

Öncə şagirdlər İkinci Qarabağ müharibəsi iştirakçıları ilə tanış olublar. Sonra onlar öz döyüş təəssüratlarından və keçdikləri zəfər yolundan danışıblar. Maraqlı keçən görüşlərdə döyüşçülər düşmən tapdağı altında qalmış torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində azad edildiyini, vətən yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsini daim əziz tutuqlarını bildiriblər.

Onlar doğulub böyüdükləri, özlərinə vətən bildikləri Azərbaycan torpaqlarının yağı düşməndə olmasına biganə qalmayıb könüllü döyüşlərdə iştirak etdiklərindən və şagirdlərində bundan nümumə götürməli olduqlarını da vurğulayıblar.


Açar sözlər: ,  ,