25.02.2021

Xocalı faciəsi ilə bağlı onlayn görüş

İmişli Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayın tədbir keçirilib.

Tədbirdə RTŞ-nin müdir müavini Vahid Tağıyev 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində tarixi qələbədən danışıb.  Keçən 30 il ərzində ermənilərin törətdikləri faciələrin, soyqırımların və vandallıqların unudulmadığını bildirib.

O, fevralın 25-26-sı tarixlərində ermənilərin Xocalıda törətdikləri soyqırımın xalqımızın qan yaddaşı olduğunu bildirərək, Xocalı faciəsinin XX əsr Azərbaycan tarixinin dəhşətli-faciəli səhifələrdən biri olduğunu diqqətə çatdırmaqla insanlığa sığışmayan qətlan olduğunu bildirib.

Sonda Vahid Tağıyev tədbirin keçirilməsində məqsədin erməni vandallığı haqqında məlumatların mütəmadi olaraq dünya ictimayyətinə çatdırılması olduğunu qeyd eidb.


Açar sözlər: ,  ,  ,