10.03.2021

“Narkomaniyaya və zərərli vərdişlərə yox deyək!”

İmişli rayonu Yalavac kənd tam orta məktəbində “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

Tədbirdə İmişli rayon PŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisləri polis mayoru Nəbi Babaşov və polis leytenantı Nurlan Mirzəyev,  İmişli rayon İH-nin əməkdaşları Rüfət Muradov, Mirzə Əliyev iştirak ediblər.

Nəbi Babaşov çıxışında bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini bildirib. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırıb.

Sonra Rüfət Muradov zərərli vərdişlər hesab olunan siqaretdən, spirtli içkilərdən uzaq dayanmaqdan, narkotik vasitələrə, uyuşduculara aludəçiliyin və istifadənin zərəli olmasından danışıb.


Açar sözlər: ,  ,  ,  ,