06.04.2021

“Erkən nikahlar və onların fəsadları” mövzusunda maariflənmə işi aparılıb

İmişli rayonunun Hacırüstəmli, Qaraqaşlı, Qaralar, Qızılkənd, Qulubəyli, Xəlfəli, Hacalmuradlı və Aranlı kənd 1 saylı tam orta məktəblərində “Erkən nikahlar və onların fəsadları” mövzusunda maariflənmə işi aparılıb.   

Tədbirlərdə şagirdlərə erkən nikahların ailə quruluşlarına və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə məlumatlar verilib.

Erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməsindən və ailədaxili zorakılıq hallarını ortaya çıxarmasından danışılıb.

Tədbir iştirakçıları erkən yaşda qurulan ailələrin çox vaxt tez dağıldığı haqda fikirlər də söyləyiblər.


Açar sözlər: ,  ,  ,