06.04.2021

"Gəlin təbiəti biz də düşünək!"

İmişli rayonu Nurulu, Hacırüstəmli və Rəsullu kənd tam orta məktəblərində "Gəlin təbiəti biz də düşünək!" mövzusunda sinif təşkilat saatı keçirilib.

Şagirdlərə ekoloji problemlər və bu problemlərin həlli yolları, bioloji müxtəliflik haqqında, ekoloji tarazlıqla bağlı görülməsi zəruri olan işlərdən, təbiətin insanlara bəxş etdiyi nemətlərdən səmərəli istifadə olunmasının yolları barədə ətraflı məlumatlar verilib.

Məktəbyanı sahələr alaq otlarından təmizlənib, ağacların dibi yumşaldılıb və çoxlu sayda yeni ağaclar əkilib.


Açar sözlər: ,  ,  ,