07.04.2021

IX siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanı keçirilib

İmişli şəhər 2, 4, 7 saylı və Hacırüstəmli kənd tam orta məktəblərində buraxılış imtahanlarına hazırlıq məqsədilə IX siniflərdə sınaq imtahanı keçirilib.

Sınaq imtahanı Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. Sınaq imtahan sualları məktəbin fənn müəllimləri tərəfindən buraxılış imtahanlarına düşəcək suallara uyğun olaraq hazırlanıb.

Sınaq imtahanlarının keçirilməsində məqsəd buraxılış imtahanlarının I mərhələsinə şagirdlərin psixoloji cəhətdən hazırlıq səviyyələrinin artırılmasıdır.

 


Açar sözlər: ,  ,  ,