09.04.2021

"Məktəblərarası intellektual bilik yarışları" davam edir

İmişli rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında növbəti bilik yarışı keçirilib.

Qızılkənd kənd tam orta məktəbində "Nizami ili"nə həsr olunmuş İngilis dili fənni üzrə keçirilən yarışda Məzrəli, Qızılkənd və Allahmədətli kənd ümumi orta məktəblərinin 5-6-cı sinf şagirdləri iştirak edib.

Tədbirdə fəal Iştrak edən şagirdlərin hər biri məktəb direktorları tərəfindən diplomla təltif olunub.


Açar sözlər: ,  ,  ,  ,