14.04.2021

Dəyirmi masalar keçirilib

İmişli rayonunun 3 saylı, 4 saylı Aranlı 1, Qaralar, Məzrəli, Buludlu və Hacırüstəmli kənd tam orta məktəblərində “Gənclər arasında insan alveri və zorakılıq halları” və "Uşaqların təhsildən yayınması və erkən nigahın qarşısının alınması"  mövzularında dəyirmi masalar keçirilib.

Tədbirlərdə şagirdlərə insan alverinin insan hüquqlarının ciddi pozuntusu, cinayətin ağır formalarından olduğu, iqtisadi, sosial, siyasi və şəxsi amillərin yaratdığı bildirilib.

Bunların gender bərabərsizliyi, qadınlara qarşı zorakılıq, sosial inteqrasiyanın olmaması, uşaq əməyi və ayrı-seçkilikdən yaranması ilə bağlı məlumatlar verilib.

Daha sonra çıxş edənlər erkən nikah hallarının yaranma səbəbləri, erkən nikahların qızların təhsildən yayınmasına gətirib çıxarması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə şagirdləri məlumatlandırıblar.


Açar sözlər: ,  ,  ,