09.05.2021

Böyük vətən və Vətən müharibəsi veteranlari ilə görüş keçirilib

İmişli şəhərində ucaldılmış abidə kompleksində İkinci Dünya müharibəsi iştirakçılarının, 44 günlük Vətən müharibəsi qazilərinin və rayon ictimayyətinin iştirakı ilə faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə İkinci Dünya və Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərinin xatirəsinə ucaldılmış abidənin önünə və Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda döyüşlərdə həyatını itirmiş Vətən oğullarının məzarları üstünə gül dəstələri qoyaraq müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək Böyük Vətən müharibəsi veteranlarını və Vətən mühribəsi iştirakçılarını, qaziləri qələbə günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.

Görüşdə çıxış edən veteranlar onların problemlərinə və sosial məsələlərinin həllinə diqqət və qayğı ilə yanaşdığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev minnətdarlıqlarını bildiriblər.

Sonda rayonun 1, 2, 3, 4, 5, 6, 7 və 8 saylı tam orta məktəblərinin şagirdləri Vətən, qələbə və qəhrəmanlar mövzusunda şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,  ,  ,