16.05.2021

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işləri böyük vüsət alıb

Vətən müharibəsi bitən kimi Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara ziyarəti başladı. Aprel ayının 26 - da Cəbrayıl və Zəngilan rayonlarında görüş zamanı cənab Ali Baş Komandan işğaldan azad olunmuş bütün torpaqların,  şəhərlərin, kəndlərin bərpa edəcəyini bildirdi.

Həqiqətən də, Vətən müharibəsi dövründə işğaldan azad edilmiş İran-Azərbaycan sərhədinin 132 kilometr hissəsi bərpa edildi. Müharibədən sonra tez bir zamanda sərhəd boyu istehkam mühafisə işləri görülməyə başlanıldı. İndi həm İran-Azərbaycan, həm də, Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər sürətlə aparılır. Azərbaycanın Müzəffər Ordusu illərlə düşmən torpağı altında olan torpaqlarımızı işğaldan azad etməklə yanaşı eyni zamanda dövlət sərhədlərimizi də bərpa etməklə çox mühüm missiyanı da icra etdi. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin bütün heyəti də Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi düşmənə sarsıdıcı zərbələr endirdi.  Düşməni torpaqlarımızdan qovdu. Ərazilərimizin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin digər qoşun növləri kimi Sərhəd Qoşunlarının da xüsusi xidmətləri olmuşdur.

Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvəlləri düşməni tamamilə darmadağın etmiş, böyük sayda canlı qüvvəsini eləcə də, onlarla müxtəlif növ döyüş texnikası məhv etmişdir.

Sərhədçilərlə görüşdə Ali Baş Komandan bildirmişdir ki, bu yaxınlarda Zəngilan istiqamətində düşmən bizim sərhədçilərimizə qarşı hərbi təxribat törətmişdir. Biz dözüm və səbr göstərərək təxribatlara cavab vermədik. Ancaq düşmən ölkə bilməlidir ki, biz öz sərhədlərimizi qoruyuruq. Bir daha belə bir təxribatçı cəhd olacağı halda düşmən yerindəcə məhv ediləcək. Düşmən ölkə bilməlidir ki, hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir.

Prezident İlham Əliyev 29 oktyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında”  sərəncam imzaladı. Azad olunmuş hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendatlıqlar yaradıldı. Eyni zamanda Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yerli orqanları fəaliyyətə başladı.

İşğaldan azad olunmuş ərazilərdə ilk addımlar isə yolların çəkilişi oldu. İlk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən yollar yenidən qurulması oldu.

Yanvarın 14-də isə Prezident İlham Əliyev Mehriban xanımla Şuşaya səfəri zamanı Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməli qoyuldu.

İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının da yenidən qurulmasına başlanılıb. Belə ki, hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər olan hissəsinin bərpası davam etdirilir.  Eyni zamanda işğaldan azad olunmuş bölgələrimizdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xəttlərinin inşası aparılacaqdır. Horadiz-Ağbənd dəmir yoluda yenidən tikiləcək. Bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq.

Həyati əhəmiyyətli vacib məsələlərdən biri də həmin bölgələrimizdə ərazilərin su təhcizatı ilə təmin olunmasıdır.  Şuşa şəhəri azad edilərkən bu infrastruktura ciddi ziyan dəymişdi. Düşmən şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdır. Tez bir zamanda noyabrın 25-də Kirs-Şuşa su kəməri bərpa olunmuş, Şuşa şəhərinə suyun verilməsi bərpa edilmişdir. Eyni zamanda Şuşa şəhərinə dayanıqlı suyun verilməsi məqsədi ilə alternativ su kəməri də bərpa olunmuşdur.

Müzəffər Ali Baş Komandan Şuşa şəhərində olarkən azad olunmuş bölgələrdə elektrik enerji təhcizatı ilə maraqlanmış tez bir zamanda azad olunmuş bölgələrimizdə enerji infrastrukturunun qurulması üçün göstərişlər vermişdir.

Artıq noyabr ayından Füzuli, Cəbrayıl şəhərlərində və Hadrut qəsəbəsində vacib obyektlər elektrik enerjisi ilə təmin olunmuşdur. Həmçinin Şuşa şəhəri eləcə də xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təhciz edilmişdir.

Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların  yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq qurumlar tərəfindən işlərə başlanılmışdır. Belə ki, Laçın rayonunda 8 meqavat gücündə “Güləbirt” kiçik su elektrik stansiyasında, Suqovuşanda yerləşən  “Suqovuşan 1” və Suqovuşan 2” kiçik su elektrik stansiyasında əsaslı təmir və bərpa işlərinə başlanılmış, eləcə də “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının başa çatdırılması üçün təxirəsalınmaz tədbirlər görülür. Beynəlxalq Enerji Agentliyi ilə bölgədə Günəş və Külək enerjisi potensialını nəzərə alıb yaşıl enerji layihələrinə xüsusi investorların cəlb edilməsi üzərində iş aparılır.

Hazırda işğaldan azad olunmuş Şuşa Şəhərində doğma yurdlarına qayıdacaq insanların məşğulluğunun təmin olunması üçün müvafiq işlər sürətlə icra edilir. Bütün sahələrdə quruculuq bərpa və abadlıq işləri aparılır.  Bu məqsədlə yanvarın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Bu fondun həyata keçirəcəyi tədbirlər nəticəsində Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş bütün torpaqlarımızda yeni kəndlər, qəsəbələr, şəhərlər salınacaq. Vətəndaşlarımız öz doğma, dədə-baba torpaqlarına qayıdacaq, illərin vətən həsrətinə son qoyulacaq!

Əlamdar Quliyev

İmişli RayonTəhsil Şöbəsinin müdiri


Açar sözlər: ,