17.05.2021

Fənn müsabiqələrinin final mərhələsi keçiriləcək

Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçiriləcək.

Müsabiqənin final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 33 mərkəzdə təşkil olunacaq. Müsabiqədə İmişli rayonunun ümumi təhsil məktəblərindən 12 nəfər şagird iştirak edəcək.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,  ,