20.05.2021

Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”lar keçirilib

İmişli rayonunun Buludlu, Murğuzallı, Mürsəlli və Cəfərli kənd 1 nömrəli tam orta məktəblərində Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı onun həyat və elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”lar keçirilib.

Görüşlərdə dünya şöhrətli alimin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verilərək Lütfi Zadənin fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olduğu diqqətə çatdırılıb, alimin həyat və yaradıcılığına aid videoçarx nümayiş olunub. Şagirdlərə dünya elminə Lütfi Zadənin digər yenilikləri ilə yanaşı 6 mühüm nəzəriyyəsinin olduğu bildirilərək onlar haqqında qısa məlumatlar verilib.

“Dəyirmi masa”larda görkəmli alimə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidən danışılaraq dünyanın ən böyük Amerika və Yaponiya kimi yüksək texnologiyalara malik ölkələrinin nüfuzlu şirkətlərinin bu nəzəriyyədən istifafə edərək, dünya səviyyəsində onlara şöhrət gətirəcək ən yüksək nailiyyətlərə imza atmaları bildirilib.


Açar sözlər: ,  ,  ,  ,