25.05.2021

4-cü sinif şagirdləri üçün monitorinqlər keçirilib

İmişli Rayon Təhsil Şöbəsi təşəbbüsü və təşkilatçılığı ilə rayonun ümumi təhsil məktəblərinin 4-cü sinif şagirdləri üçün ana dili,  riyaziyyat, həyat bilgisi, məntiq və xarici dil fənnləri üzrə monitorinqlər keçirilib. 

 

Monitorinqlər 4-cü sinifdə təhsil alan şagirdlərin yazı, riyazi, məntiqi təfəkkürlərinin və bacarıqlarının öyrənilməsi məqsədilə keçirilib.

 

İmtahanda şagirdlər qeyd olunan fənnlər üzə 60 sualı 90 dəqiqə ərzində cavablandırıblar.

 

Monitorinqin gedişində mövcud pandemiya şəraitinə uyğun qaydalara əməl olunmasına ciddi nəzarət edilmişdir.

 

Monitorinqin keçirilməsində əsas məqsəd tədris ilinin sonunda, eyni zamanda pandemiya şəraitində şagirdlərin bilik və bacarıqlarını müəyyən etməkdir. Nəticələr təhlil olunaraq İmişli RTŞ-nin şura iclasında geniş müzakirə olunacaq.


Açar sözlər: ,  ,  ,