10.06.2021

Azərbaycan-Türkiyə bir millət, iki dövlət

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlərə əsaslanır. Tarixən bu iki ölkə sevincli, kədərli günlərində həmişə bir-birinin yanında olub. Düzgün, məqsədyönlü siyasətin nəticəsi olaraq indi Azərbaycan-Türkiyə münasibətləri daha yüksək səviyyəyə çatmış, bir sıra sahələrdə isə keyfiyyətcə yeni səviyyəyə keçməkdədir. Bu iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olması yaşadığımız regionda iqtisadi inkişafa və dövlətlərarası sabitliyin bərqərar olmasına gətirib çıxarır. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə araya gəlməsində Azərbaycan-Türkiyə münasibətləri həlledici rol oynayır.

 

Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk. Azərbaycan-Türkiyə arasında iqtisadi əlaqələr, xüsusilə neft-qaz sektorunda ən yüksək səviyyədədir. Enerji sektorunda aparılan Baki-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

 

Gələcəkdə Azərbaycan və Türkiyə iqtisadi sahədə münasibətlərin daha da möhkəmləndirəcək əsas məqamlardan biri Baki-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olacaq. Tikintisi davam edən bu dəmir yolunun həm də Naxçıvana kimi uzadılması nəzərdə tutulur. Bu isə Naxçıvanın mərkəzlə kommunikasiya əlaqələrində yeni mərhələnin başlanması, muxtar respublikanın iqtisadi sahədə daha da güclənəcəyi deməkdir. 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımız erməni faşistlərindən azad olunmasında Türkiyə dövləti və onun prezidenti göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Bu gün Türkiyə işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işlərində yaxından iştirak edir, dostluq və qardaşlıq yardımını əsirgəmir. 

 

Siyasi müstəvində də Türkiyə-Azərbaycan əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Belə ki, YAP və AKP arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Partiya liderləri arasında olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlət arasında digər sahələrdə olduğu kimi siyasi əlaqələrin daha da güclənməsinə geniş imkanlar açır. 

 

Bir sözlə bu gün Türkiyə-Azərbaycan əlaqələri siyasi, hərbi, iqtisadi, mədəni ticari bütün sahələrdə ötən hər gün artmaqda davam edir. Ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr xalqlarımız arasında münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından və bu dostluğun və qardaşlığın əbədi olacağını göstərir.

Vilayət Əliyev
İmişli Rayon Təhsil Şöbəsinin metodisti

 


Açar sözlər: ,  ,