14.06.2021

"Son Zəng" çalındı

Bu gün İmişli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərində "Son Zəng" çalındı.

 

"Son Zəng" tədbirlərində İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev və müdir müavini Vahid Tağıyev iştirak ediblər.

 

Onlar bütün məzunları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıblar. Məzunların əldə etdikləri bilik və bacarıqların, dəyərlərin onlara seçdikləri həyat yolunda böyük töhfələr verəcəklərini bildiriblər.

 

Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərinin XI siniflərini 903 nəfər şagird bitirir. Sevindirici haldır ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən məzunların sayı bu il də çoxdur.

 

Arzu edirik ki, ali məktəblərə qəbul olmaq üçün sənəd verən məzunlarımız tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə qaldırsınlar.


Açar sözlər: ,  ,  ,  ,