24.06.2021

İmişli məktəblilərindən ibarət mini futbol komandası Respublika turnirində ikinci yeri tutub

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçirilən mini futbol idman növü üzrə respublika yarışı başa çatıb.

 

Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2500-dən çox məktəbli iştirak edib.

 

Respublika mərhələsində 12 futbol komandası arasında keçirilən gərgin yarışda finala çıxan Cəlilabad və İmişli komandaları birincilik uğrunda yarışıblar. Gərgin mübarizə şəraitində keçən oyunda İmişli məktəbliləri respublika üzrə ikinci yeri qazanıb.

 

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi məktəblilərimizin qazandıqları qələbə münasibətilə təbrik edir və onlara yeni-yeni uğurlar arzulayır!


Açar sözlər: ,  ,  ,