25.07.2021

"Zəfər" düşərgəsinə start verilib

İyulun 25-də Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı keçirilən "Zəfər" düşərgəsinə start verilib. 

 

Düşərgədə iştirak edən 74 şəhid övladı bu gün Qubaya yola düşüb. 

 

Quba STEAM Mərkəzində baş tutacaq düşərgə iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər. 

 

Qeyd edək ki, düşərgənin açılış mərasimi 26 iyul tarixində baş tutacaq.


Açar sözlər: ,  ,  ,