29.07.2021

Axıcanlı məktəbinin tikintisi davam etdirilir

Prezident İlham Əliyevin 26 may 2021-ci il sərəncamına uyğun olaraq İmişli rayonu Axıcanlı kənd tam orta məktəb üçün 132 yerlik modul tipli məktəb binasının quraşdırılması davam etdirilir.

 

Tikinti işləri Təhsil Nazirliyi tərəfindən aparılır. Məktəbin yeni binasında 11 sinif, 1 müəllim, 1 direktor və 1 kitabxana otağı olacaq. Məktəb dayanaqlı su, istilik və elektrik enerjisi ilə də təmin olunacaq.  

 

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.