29.09.2021

63 nəfər gənc müəllim “müəllim andı” içib

İmişli rayonunun ümumi təhsil məktəblərində pedaqoji fəaliyyətə başlayan 63 nəfər gənc müəllim “müəllim andı” içərək siniflərə ilk addımlarını atıblar. Andiçmə müəllimin fəaliyyətə başladığı zaman həyata keçirilir. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

 

Təhsil nazirinin əmri ilə təsdiqlənmiş “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. “Müəllimlərin etik davranış qaydaları”na əsasən, and müəllimlə dövlət arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.


Açar sözlər: ,  ,  ,