06.10.2021

Aybəniz Abbaslı “Əməkdar müəllim” fəxri adına layiq görülüb

Oktyabr 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İmişli şəhər 1 nömrəli məktəb-liseyin müəllimi Aybəniz Abbaslı “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Aybəniz Abbaslı 1969-cu ildə İmişli rayonunda anadan olub. O, Bakı Dövlət Universiteti Filologiya fakultəsini 1994-cü ildə bitirib. Pedoqoji fəaliyyətə 1994-cü ildə 1 nömrəli məktəb-liseydə başalayıb və hazırda həmin məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.

 

Aybəniz müəllim 2014-cü ildə “Azərbaycan Respublikas Təhsil Nazirliyinin Fəxri Fərmanı”na,  2015 - ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. O, fəaliiyəti dövründə rayon üzrə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı sinif rəhbəri” və “İlin ən yaxşı metodbirləşmə  rəhbəri” müsabiqələrinin qalibi olub. Onun qabaqcıl iş təcrübəsi dəfələrlə rayonun ümumi təhsil məktəbləri arasında yayılıb.

 

Aybəniz müəllimlə görüş zamanı qeyd etdi ki, “Əməkdar müəllim”  fəxri adı alanların siyahısında mənim də adımın olmasına çox sevinirəm. Yüksək mükafata layiq görülməyim Beynəlxaq Müəllimlər Günü ərəfəsində sevincimə sevinc qatıb. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Bu həm də çalışdığım pedaqoji kollektivin əməyinə verilən yüksək qiymətdir. Məktəbimiz isə bu qiymətə layiqdir.


Açar sözlər: ,  ,  ,