06.10.2021

Əliyarlı Aytac  “Azərbaycan Respublikas Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb

5 oktyabr – Beynəlxaq Müəllimlər Günündə İmişli şəhər 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyat müəllimi Əliyarlı Aytac  təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmurullayev tərəfindən “Azərbaycan Respublikas Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

 

Aytac müəllimə görüş zamanı qeyd etdi ki, insan  öz işindən iki dəfə zövq alır. Bir həmin işi görən zaman, bir də o iş dəyərlənəndə. Bu il mənim əməyim Təhsil naziri Emin Əmurullayev tərəfindən qiymətləndirildi və mən “Azərbaycan Respublikas Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görüldüm. Bu münasibətlə cənab Emin Əmurullayə öz adımdan dərin təşəkkürümü bildirirəm.