12.10.2021

Əyani - praktik dərslərə başlanılıb

İmişli rayonunun Məzrəli kənd tam orta məktəbində yaradılmış peşə təmayüllü sinifdə əyani - praktik dərslərə başlanılıb.

 

Qızlar üçün bərbərlik, aşpaz, oğlanlar üçün isə dülgərlik və  kombi-kondisioner ustası dərslərinə İmişli Peşə Məktəbinin təcrübəli müəllimlər cəlb olunub.

 

Yaradılmış peşə təmayüllü sinifdə 20 nəfər şagird təhsil alır.

 

Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.


Açar sözlər: ,  ,