12.10.2021

Suqovuşanın azad olunması vətən müharibəsində önəmli uğurlardandır

2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri tərəfindən Aərbaycanın Tovuz rayonu istiqamətində mövqeləri atəşə tutuldu. Həmin vaxt  general Polad Həşimov, polkovnik İlqar Mirzəyev bir necə qəhrəman Azərbaycan övladı igidcəsinə  Şəhidlik zirvəsinə ucaldı. Tovuz döyüşlərində düşmən Azərbaycan ordusunun gücünü gördü . Tovuz döyüşlərindən sonra işğalda olan Azərbaycan torpaqlarının azad edilməsi  həlledici mərhələyə qədəm qoydu. Həmin vaxt minlərlə Azərbaycan oğulları könüllü olaraq Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətinin yaratdiği elektron portal vasitəsi ilə qeydiyyatdan keçdilər.

 

Mən də  30 ilə yaxın erməni işğalının acı nəticəsini yaşamış bir Laçınlı kimi könüllü olaraq döyüşlərə yollandım. Hələ uşaqlıqdan ermənilərə qarşı nifrət hissi ürəyimdə alışıb yanırdı. II Qarabağ Vətən müharibəsində döyüş yolum Suqovuşan və Talış kəndi istiqamətində başladı. 2020 - ci il 3 oktyabr tarixində Suqovuşan və Talış kəndi Azərbaycan ordusunun böyük qəhrəmanlığı və şücaəti nəticəsində işğaldan azad edildi. Mən özümü xoşbəxt hiss edirəm ki, bu əməliyyatlarda iştirak etmişəm. Suqovuşan qəsəbəsi işğaldan azad olunduqdan sonra bu qəsəbənin necə əhəmiyyətli olduğunun şahidi oldum.

 

8 noyabr Zəfər qələbəsindən az sonra Suqovuşan və Talış kənd istiqamətində olan yolun tikintisiinə başlanıldı.  Bu yolun tikintisi hərbiçilərimizin hərtəkətini təmin etdi və 1976 - ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş su anbarının bərpasına və yenidən qurulmasına şərait yaratdı. Bu da  ətraf  rayonların su təchizatının təmin edilməsinə xidmət etdi. Suqovuşanın azad edilməsi həm də böyük strateji əhəmiyyətə malikdir. Beləki, bu bölgədə yerləşən düşmən ordusu məhv edildi və strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi.

     

Müharibənin ilk günlərində Suqovuşanın azad olunması düşmən tərəfindən böyük  psixoloji sarsıntılara səbəb oldu və düşmənin ordusunda fərariliyin sayı artdı. Belə olan halda ordumuzun da döyüş ruhu daha da yüksəldi və yeni qələbələrə imza atdı.  Hal- hazırda Suqovuşanda və digər işğaldan azad edilmış ərazilərdə yenidənqurma işləri sürətlə davam edir. İnaniram ki, yaxın zamanlarda soydaşlarımızın öz dədə-baba yurdlarında yaşaması təmin olunacaq.

Müharibə bitdikdən sonra silahlı qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyev məni "Suqovuşanın azad olunması" medalı ıilə təltif etmişdir. Mən burdan cənab Prezidentə bir daha təşəkkür edirəm. Qazanılmış qələbə münasibəti ilə Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan xalqını  və Azərbyacan ordusunu təbrik edirəm . Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram.

    

Əlbətdəki, döyüş itkisiz olmaz. II Qarabağ Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Azərbaycan xalqının ən müqəddəs, ən ülvi dəyərlərindən biri vətənpərvərlikdir.

 

Şəhidlərimiz torpağa qarışaraq vətənə  çevrildilər.

Bütün aləm danışır mənim səxavətimdən,

Dostlara pay verəndə bahasını verərəm.

Qonağa süfrə açib öz halal nemətimdən,

Evimin ipəyini, xarasını verərəm.

Lazım gəlsə yolunda keçib can sərvətimdən,

Çıxarıb ürəyimin parasını verərəm.

Görsəm ki, şəfa tapib ana təbiətimdən,

Dərman kimi dağların havasını verərəm.

Fəqət dağı vermərəm mən heç zaman,

Mən heç zaman dönmərəm fikrimdən niyyətimdən,

Lazım olsa gözümün qarasını verərəm - Qarabağı vermərəm.

 

Ali baş komandan cənab İlham Əliyev 3 oktaybr 2021- ci il Tərtərin Suqovuşan kəndinin alınmasının ildönümü münasibəti ilə Suqovuşanda olmuşdur. Ali baş komandan çıxışında Suqovuşanın Azərbaycanın qələbəsi üçün çox böyük strateji əhəmiyyətə malik olduğunu bir daha vurğulamışdır. Bir daha biz əmin olduq ki,belə Ali Baş Komandanı olan ölkə heç bir sahədə uduzmayacaq.

Qarabağ Azərbaycandir!

 

Novruzəli Əhmədov

İmişli rayon Muradallı kənd tam orta məktəbin Azərbaycan dili ədəbiyyatı müəllimi.


Açar sözlər: ,  ,