15.10.2021

Qarabağ müharibəsinin iştirakçıları ilə görüşlər keçirilib.

İmişli rayonun Aranlı kənd 1 saylı və Muradallı kənd tam orta məktəblərində Qarabağ müharibəsinin iştirakçıları ilə görüşlər keçirilib.

 

Şagirdlərdə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq məqsədilə keçirilən tədbirlərdə müharibə iştirakçıları keçdikləri döyüş yolundan danışıblar.

 

44 günlük müharibə ərzində Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin Azərbaycan Ordusunun yüksək peşəkarlığı ilə azad olunmasından, döyüş əməliyyatlarında əldə etdiyi möhtəşəm qələbələr haqqında kitabların yazılacağını, filmlərin çəkiləcəyini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,