18.10.2021

Postmüharibə dövrü və yeni reallıqlar

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan ərazisinə görə böyük dövlət deyil, amma öz suverenliyini çətinliklərə baxmayaraq tam qoruyub saxlaya bilmiş dövlətlərdən biri olmuşdur. Nəticədə, bu gün Azərbaycan geosiyasi prosseslərdə və iri miqysalı-iqtisadi layihələrdə və ilk növbədə milli maraqları nəzərə alaraq iştirak edir və yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrini də formlaşmasına təkan verməyə çalışır. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabər hüquqlu tərəfdaşlıq münasibətlərini inkişaf etdiriliməsində maraqlı  və bu istiqamətdə böyük uğurlar əldə etmiş ölkələr sırasındadır. Azərbaycan öz inkişafında, dünya siviliziyasının daimi dəyərlərinə-demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabər hüquqlu və qarşılıqlı münasibətlər və çoxşaxəli diplomatiyada fəal iştirakı ölkəmizin öndə gələn məqsədlərindən biri olmaqdadır. Ölkəmizin ən başlıca siyasi amalı demokratiiya, qonşu dövlətlərlə sülh şəraitində yaşamaq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin  siyasi və iqtisadi olaraq güclənməsi, regional prosesslərdə söz sahibi olması, regionda mədəni və siyasi təsirinin daha yüksək olmasına səbəb olan amillərdir. Azərbaycan bu kimi imkanlarından sui-istifadə etməyərək regionda malik olduğu iqtisadi və kommunikasiya potensiyalını bölüşməyi ilə seçilmişdir.

        

Azad edilmiş ərazilərlə bağlı xüsusi inkişaf proqramı qəbul edilmişdir. Həmin ildə nəzərdə tutulmuş məbləğ 1,3 milyard ABŞ dolları təşkil etmişdir. 2021 – ci ilin sonunadək 10 min kv - ə qədər azad edilmiş ərazilərin elektirik enerjisilə təminatı tam başa çatacaq.Avtomobil və dəmir yolları inşa edilir və bunula yanaşı olaraq Füzulidə yeni hava limanı istifadəyə hazır edilmişdir.

        

44 günlük 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşmasını qonşu dövlətlərdən tələb edir. Ermənistanın bəzi şəhərləri arasındakı yolların azad edilmiş Azərbaycan torpaqlarından keçməyinə baxmayaraq, bəzi yük maşınlarının qeyri-qanuni olaraq hərəkəti ölkəmiz tərəfindən qəbuledilməz sayılmaqdadır. Dövlətimiz İran başqda olmaqla bütün bu qanunazidd hərəkətlərə görə hər bir dövləti xəbərdar etmişdir. Lakin Azərbaycan Dövlət Sərhəq Xidmətinin sərhədlərimizdə həyata keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində İran İslam respublikasına aid maşınların  Ermənistan ərazisinə qeyri-qanuni yük daşımaları aşkar olunmuş və bununla bağlı tədbirlər görülmüşdür. Bu tədbirlər İranda bəzi lazımsız hərəkətlərə səbəb oldu, yersiz bəyanatlar verildi, hədələr edildi və sərhədboyu hərbi təlimlər keçirilməklə qorxu yaradılmaq istəndi. Bu hərbi təlimlərin keçirilməsinə olan etirazımızı bildirirəkən İran dövləti İsrailin Azərbaycan dövləti ərazisində silahlı yerləşməsini əsas göstərmişdir, lakin, Azərbaycan dövləti bu ittihamlarla bağlı olaraq İsrail dövlətinin heç bir silahlı birləşməsinin Azərbaycan ərazisində məskunlaşmadığını qəti surətdə bildirmişdir.

        

Azərbaycanın Avropa İttifaqı ilə enerji layihələri başda olmaqla bir çox sahələrdə dərin münasibətləri vardır. Bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensiyalına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolu gündəlikdə olan məsələlərdəndir.

        

44 günlük Qarabağ müharibəsi uğurları heç də hər yerdə xoş qarşılanmadı. İlk növbədə Avropanın Ermənipərəst dairələri Azərbaycanın bu haqlı mübarizəsinə müxtəlif iftiralar və böhtanlardan istifadə edərək kölgə salmağa çalışdılar. Lakin prezidentimiz cənab İlham Əliyevin siyasi arenada olan təcrübəsi,  ictimai və siyasi müstəvidə olan praktikası və Qərb mediasının təcrübəli jurnalistləri ilə olan müsahibələrində Azərbaycan reallıqlarının ən yüksək səviyyədə təqdim edilməsi bütün bunların iftira və böhtan olduğunu ortaya çıxardı.

 

 

Aytən Nəsirli

İmişli rayonu Muradxanlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi


Açar sözlər: ,  ,