27.10.2021

Şagirdlər Tarix - Diyarşünaslıq Muzeyində

İmişli şəhər 2 nömrəli tam orta məktəbin 5 – 7-ci sinif şagirdləri direktor müavini Aksana Muradaovanın və Əsmər Süleymanovanın təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq muzeyində olublar.

Tariximizin müxtəlif dövrlərini özündə əks etdirən maddi-mədəniyyət nümunələri ilə tanış etmək məqsədilə şagirdlər muzeydə olublar.

 

Muzeyin əməkdaşı şagirdlərə bildirib ki, eksponatlar zaman-zaman toplanaraq muzeyə verilib. O, qeyd edib ki, rayon ərazisində aparılan arxeoloji qazıntıların da muzeydəki eksponatların zənginləşməsinə böyük təsiri olub. Bu eksponatları isə qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə təhvil vermək hər bir vətəndaşın, o cümlədən məktəblilərin də borcudur.

 

Şagirdlər muzeydə Kür-Araz mədəniyyətindən başlayaraq XX əsrin birinci yarısına qədərki dövrü özündə əks etdirən maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

 

Muzeydəki eksponatlarla tanışlıq şagirdlərdə rayonun təbiəti və tarixi haqqında dolğun təəssürat yaradıb.


Açar sözlər: ,  ,  ,