02.11.2021

Bulaq - abidə kompleksinin açılışı olub

İmişli şəhər 3 nömrəli orta məktəbin həyətində Vətən müharibəsində şəhid olan məktəbin məzunu – Nuriyev Vüqar Hafis oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq - abidə kompleksinin açılış mərasimi olub.

 

Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, şəhid valideynləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

 

Açılış mərasimi Dövlət himni səsləndirilməsi ilə başalyıb.

 

Mərasimdə çıxış edən Elçin Rzayev 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

 

Daha sonra çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıblar. Ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə, o cümlədən Birinci Vitse - Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Tədbirdə çıxış edən məktəbin şagirdləri hərbi - vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,  ,  ,