04.11.2021

“Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası davam edir

İmişli rayonunun ümumi təhsil məktəblərində “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası davam edir.

 

8 noyabr – Zəfər Gününə həsr olunan aksiya çərçivəsində məktəblərin həyətində müəllimlərin və şagirdlərin iştirakı ilə müxtəlif növ ağac tingləri əkilib.

 

“Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası ekoloji yaşıl mühitin yaradılması məqsədilə həyata keçirilir.

 

İmişli RTŞ-nin rəhbərliyi aksiyaya qoşulan bütün müəllim və şagirdlərə öz təşəkkürünü bildirir.


Açar sözlər: ,  ,  ,  ,