05.11.2021

Yaradıcılıq sərgisi keçirilib

İmişli rayonundakı Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər ili” məktəblilərin əl işlərindən ibarət yaradıcılıq sərgisi keçirilib.

 

Sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb rəhbərləri və  şagirdləri iştirak ediblər.

 

Sərgidə rayonun ümumi təhsil məktəblərinin və Uşaq - Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş olunub.

 

Elçin Rzayev keçirilən tədbir barədə məlumat verərək ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini qeyd edib.

 

Məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Şagirdlərinin rəsm işləri tədbir iştirakçıları tərəfindən dəyərləndirilərək onlara fəxri fərmanlar verilib.


Açar sözlər: ,  ,  ,  ,