20.11.2021

Samirə Əhmədova “Zəfər yolu” inşa müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Samirə Əhmədova müsabiqənin qaliblərindən olaraq 2-ci yerə layiq görülüb və Təhsil Nazirliyində keçirilən mərasimində mükafatlandırılıb.

Xatırladaq ki, müsabiqə ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin 44 günnlük Vətən müharibəsində əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə keçirilib.

 

Samirəni bu müsabiqədə qazandığı uğuru münasibətilə İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi təbrik edir və ona daha böyük uğurlar arzulayır.


Açar sözlər: ,  ,  ,