22.11.2021

Məktəb rəhbərləri ilə onlayn görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsininin tabeliyində olan ümumi təhsil məktəblərinin rəhbərləri ilə onlayn görüş keçirilib.

 

Görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində şəffaflığın artırılması, müvafiq normativ - hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsi olub.

 

Görüşdə təhsil şöbəsinin müdiri Ələmdar Quliyev qarşıda duran cari məsələlərdən, o cümlədən qış mövsümünə hazırlıq, meydana çıxan problemlərin aradan qaldırılıması, vaksinasiyanın gedişi və hamının bu tədbirə qoşulması və s. məsələləri qeyd edib.

 

Müzakirə olunan məsələ barədə çıxış edən müdir müavini  Vahid Tağıyev Təhsil Nazirinin 17.03.2021-ci il tarixli, F-96/1 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyi tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2021-ci il üçün Tədbirlər Planı”ndan irəli gələn vəzifələr barədə bir daha məlumat verib. Məktəblərdə etik davranış qaydalarının pozulması, korrupsiya və digər neqativ hallara qarşı aparılan mübarizənin formalarından, dövlət xidmətinin səmərliliyi üçün tələb olunan sənədlərin elektron qaydada mübadiləsi, təqdim edilməsi sahəsində görülən işlərdən danışıb. O, bildirdi ki, neqativ hallara qarşı mübarizədə və etik davranış qaydalarını gözlənilməsində müəssisə rəhbərlərinin özlərinin kollektivə nümunə olması ilkin şərtlərdəndir. Hər bir təhsil işçisi etik davranış qaydaları prinsiplərinə əməl etməyə borcludur. Bu kimi məsələlərin mütəmadi olaraq pedaqoji kollektivlərdə müzakirə edilməsi və məktəbin müvafiq onlayn səhifələrində işıqlandırılmasının zəruriliyini bildirib.

 

Görüşün sonunda mövzular ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,  ,