23.11.2021

Şagirdlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb

7 nömrəli məktəbin 11-ci sinif şagirdi Leylan Bayramzadə, Qaradonlu kənd tam orta məktəbin 9-cu sinif şagirdi Samirə Əhmədova və onların müəllimləri  İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərman, hədiyyələrlə mükafatlandırılıb.

 

Xatırladaq ki, Leylan Bayramzadə “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar”  müsabiqəsində birinci, Samirə Əhmədova isə “Zəfər yolu” inşa müsabiqəsində ikinci yeri tutub.


Açar sözlər: ,  ,  ,  ,