26.11.2021

“Narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirilib

İmişli şəhər 5 saylı məktəb–liseydə “Milli Fəaliyyət Planı”nın icrasına uyğun olaraq, narkotik vasitələr, psixotrop maddələr və onların qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində tədbirlər və maarifləndirmə işinin həyata keçirilməsi, zərərli vərdişlərdən gənclərin qorunması barədə məktəbin yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirilib.

 

Görüşdə İmişli şəhər 5 saylı məktəb - liseyin direktoru Valide Zülfüqarova, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Muradov,  eyni zamanda İmişli RPŞ-nin əməkdaşı Toğrul Həşimov  çıxış edərək narkomaniyanın törətdiyi faciələr və narkomaniyanın mənfi nəticələri barədə şagirdlərə geniş məlumat veriblər. Daha sonra məktəb - liseyin psixoloq Taciyəxanım İmanovanın təqdimatında narkomaniyanın fəsadları və acı nəticələri barəsində videoçarx nümayiş olunub.

 

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları belə  neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq olub.

 

Qeyd edək ki, görüş pandemiya qaydalarına uyğun olaraq keçirilib.


Açar sözlər: ,  ,  ,  ,