29.11.2021

"Təmizlik aksiyaysı" keçirilib

İmişli rayonunun Hacırüstəmli kənd tam orta məktəbində ətraf aləmin məişət tullantılarından təmizlənməsi məqsədilə "Təmizlik aksiyaysı" keçirilib.

 

Aksiyanın keçirilməsində məqsəd ətraf aləmin məişət tullantılardan təmizlənməsi - sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması olub.

 

Aksiya çərçivəsində məktəbin şagirdləri və müəllimləri məktəbə yaxın kənd ərazisini məişət tullantılarından təmizləyiblər.

 


Açar sözlər: ,  ,  ,  ,